Bu gün müğənni Gülay Zeynallı doğum gününü qeyd edir.
Oxu.Az xəbər verir ki, müğənninin həyat yoldaşı, məşqçi Kamil Zeynallı ona romantik ad günü sürprizi hazırlayıb. Kamil evi qızılgül ləçəkləri ilə bəzəyərək, şamlarla Gülayın baş hərfini yazıb.
Gülay hədiyyənin fotosunu İnstagram səhifəsində paylaşaraq “Kamilin mənə məndən xəbərsiz olan sürprizi. Kaş hər gün bu sürpriz ola. Canım, ürəyim çox sağ ol” , - deyə şərh yazıb.
Qeyd edək ki, məşhur cütlüyün Sahilə adlı qız övladı var.
Aytən Sadıqzadə
www.oxu.az