Bakıda Nizami Kinoteatrında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, hadisə gecə saatlarında olub.
Birinci çağırışla hadisə yerinə 3 yanğınsöndürən maşın cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının qarşısı alınıb. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb.
Yanğının hansı səbəbdən baş verməsi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.