Bugünkü şou-biznesimizin ən tələbatlı müğənnilərindən olan Röyanın eks həyat yoldaşı Anar onların arasında hazırda heç bir problem yaşanmadığını deyib.
Oxu.Az ATVxəbər.az-a istinadla xəbər verir ki, Anar bəy bunları etiraf edib:
“Bizdə nə problem ola bilər ki? O, oğlumla görüşməyə heç bir problem yaratmır. Mən istədiyim vaxt oğlumu görə bilirəm, onunla bacardığım qədər çox vaxt keçirməyə çalışıram. Dayə sürücümlə gedib onu götürür və bizə gətirirlər. Bunu da ona görə edirəm ki, Röya ilə rastlaşmaq və barışmaq fikrim yoxdu. Nə deyim? Belə bir fikrim olsaydı, boşanmazdım ki...”.
Röya bir neçə gün öncə ATVxəbər.az-a müsahibəsində bildirmişdi ki, Anardan sonra heç vaxt ailə qurmayacaq.