Dünyaca məşhur model Keyt Moss “Stylist” dərgisinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, model rəfiqəsi Viktoriya Bekhemin həyat yoldaşı Devid Bekhemə aşiq olduğunu etiraf edib:
“Devid Bekhemə aşiqəm. Viktoriyanı qısqanıram. Çünki o, Devidlə evlidir. Rəfiqəm olsa da ərinə aşiqəm”.
Qeyd edək ki, xarici mətbuatda Mossun dörd illik həyat yoldaşı Jamie Hince ilə boşanacağı xəbərləri yayılıb.
Bekhemlər isə düz 16 ildir ki, evlidirlər.
Aytən Sadıqzadə
www.oxu.az