Kıvanç Tatlıtuğ 2 ildir birlikdə olduğu Başak Dizerlə 14 Fevral - Sevgililər Günündə Parisdə nikah masasına oturacaq.
Oxu.Az Türkiyə KİV-nə istinadla xəbər verir ki, cütlüyün toyuna səbəbkarların ailələri ilə yanaşı yaxın dostları da qatılacaq. Tatlıtuğ ümumilikdə 50 nəfər qonağın təyyarə biletlərini indidən ödəyib.
Onlar evləndikdən sonra Bebekdə Ayşe Sultan Korusunda Tatlıtuğun yeni aldığı evdə yaşayacaq.
Dizerin evi öz zövqünə görə bəzəyəcəyi bildirilib.
Tatlıtuğ və Dizer yayda isə Türkiyədə toy etməyi planlaşdırır.
Rəylər