Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhər bəzi yerlərdə zəif duman, gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gün ərzində şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Oxu.Az-a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 4-7, gündüz 8-12 dərəcə isti, Bakıda gecə 5-7, gündüz 10-12 dərəcə isti olacaq.
Fevralın 2-də Azərbaycanın rayonlarında gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı, gün ərzində bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan, 2 dərəcəyədək isti, gündüz 6 dərəcə isti olacaq.