Müğənni Ledi Qaqa bu dəfə də transparan geyimi və makiyajı ilə diqqət mərkəzində olub.
Oxu.Az əcnəbi mətbuata istinadən xəbər verir ki, Londondakı otellərin birindən çıxarkən görüntülənən ulduzun əynində tüldən hazırlanmış libas olub.
Qaşlarını isə qırmızı rəngə boyayan Ledi yenə də hər kəsi təəccübləndirməyi bacarıb.