Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mask "Oskar" mükafatlarına da "əl gəzdirəcəyini" dedi
Amerikalı milyarder və ixtiraçı İlon Mask "Oskar" mükafatında tam xaos yaşandığını bildirib.
Oxu.Az-ın verdiyi məlumata görə, o, bu barədə "X" sosial şəbəkəsində bəyan edib. Mask istifadəçilərdən birinin Amerika Kino Akademiyasının inklüzivlik və müxtəliflik qaydalarına dair paylaşımına tənqidi reaksiya verib.
"Bu, tam bir xaosdur. Yaxşı filmlər qalib gəlməlidir, məşhur olanlar deyil", - deyə Mask yazıb.
Qeyd edək ki, "Ən yaxşı film" kateqoriyasına namizədlər üçün aktyor seçimi ilə bağlı tələblər müəyyən edilib. Məsələn, "Oskar"a namizəd filmlərin heyətinin azı 30 faizini irqi, milli, gender azlıqlarına mənsub şəxslər və ya fiziki məhdudiyyətli insanlar təşkil etməlidir.
"Oskar mükafatı" teqi üzrə xəbərlər
- Holli Berrinin intiqamı: Edrian Broudini sevgilisinin gözü qarşısında öpdü
- "Oskar" mükafatının təqdimetmə mərasimindən ən parlaq obrazlar
- "Oskar" qazananlardan biri "Evdə tək" filminin aktyorudur
- "Oskar" mükafatının qalibləri bəlli oldular
- Məşhur aktyor "Oskar" mərasiminin aparıcılığından imtina etdi