Sibel Canın komandasında mübarizə aparan azərbaycanlı ifaçı Mehman Tağıyev “O səs Türkiyə” yarışmasının “Çarpaz duel” mərhələsində Gökhan-Hakan Özoğuzların qrupunda yer alan Yelena Şelkinova ilə yarışıb.
Oxu.Az xəbər verir ki, Mehman musiqisi Tofiq Quliyev, sözləri Rəsul Rzaya aid olan “Sənə də qalmaz”, Yelena isə Sertap Erenerin repertuarından “Rəngarəng” adlı mahnını ifa edib.
Həmyerlimiz sonda auditoriya səsverməsi zamanı 48 faiz səs toplayaraq yarışmanı tərk edib.
“Azərbaycanın səsi - 2” müsabiqəsinin qalibi olmuş Mehman Tağyev sosial media vasitəsilə sevənlərinə müraciət edib:
“www.turktelekommuzik.com/osesturkiye linkinə daxil olaraq mənə səs verə və yenidən “O səs Türkiyə” yarışmasına geri qaytara bilərsiniz”.
Aytən Sadıqzadə