Son zamanlar bütün dünyaya səs salan stilist Anar Ağakişiyev əl işi ilə yenidən gündəmə gəlib.
Oxu.Az xəbər verir ki, stilist bu dəfə imicini heç kimə etibar etməyən Xalq artisti, məşhur aktrisa Məleykə Əsədovanı dəyişib.
Ağakişiyev komandası ilə birgə Xalq artistinin saçının rəngi və formasında dəyişiklik edib.
Əl işini izləyicilərinə təqdim edən A.Ağakişiyev paylaşımına belə şərh verib:
“Azərbaycan səhnəsinin bənzərsiz aktrisası, gözəllər gözəli, istedadlı və təkrarolunmaz Xalq artistimiz, 29 il fasiləsiz bizi öz möhtəşəm fəaliyyəti ilə sevindirən M.Əsədova üçün mən və gözəl komandam yeni obraz yaratmaq qərarına gəldik”.
Qeyd edək ki, stilist ötən günlərdə “Xəzər” TV-də yayımlanan “5-də 5” verilişində M.Əsədovanı dəyişmək istədiyini bildirmişdi.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər