"20th Century Fox" kinoşirkəti "İblis Prada geyinir" kult filminin ikinci hissəsinin treylerini yayımlayıb.
Oxu.Az focus.ua-ya istinadən xəbər verir ki, filmin premyerası bu il mayın 1-nə planlaşdırılır.
Yeni tizerə əsasən, aktrisalar Meril Strip, Enn Heteuey, Emili Blant və Stenli Tuççi öz rollarına qayıdacaqlar.
Videonun titrlərində yazılır: "İlin ən böyük kino hadisəsi indi başlayır".
İki ay əvvəl kino şirkəti kult klassik filmin ikinci hissə üçün geri döndüyünü elan edən ilk treyleri yayımlayıb. O zaman əsas aktyor heyətinin dəyişməz qaldığı bildirilirdi.