Keniyanın məşhur DJ-i Creme De La Crem-in seks görüntülərinin yayılması ölkədə skandala səbəb olub.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, əsl adı Corc Njuguna olan diceyin bir qadınla birlikdə olduğu görüntüləri sürətlə internetdə yayılmağa başlayıb. Tarixi müəyyən olmayan kadrların nə zaman çəkildiyi hələ bilinmir.
DJ isə 9 ildir Denise Njuguna ilə evlidir və bu nikahdan iki uşağı var.
O, rəsmi İnstagram hesabında tez-tez ailəsinin şəkillərini paylaşır. Ailədə yaxşı ata olaraq tanınan diceyin seks görüntülərinin ortaya çıxması pərəstişkarlarını olduqca məyus edib.
Creme De La Creme mövzu ilə əlaqədar hələ heç bir açıqlama verməyib.