Əməkdar artist Mətanət İsgəndərli teleaparıcı Ulviranın onun haqqında gənclik illərində tramvay sürməsi ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.
Oxu.Az publika.az-a istinadla xəbər verir ki, onun cavanlıqda tramvay sürməsiylə bağlı deyilənlər yalandır, amma:
“Ulviraya səhv məlumat veriblər. Böyüklərdən soruşsun, ona mütləq düzünü deyəcəklər. Mən cavanlıqda parovoz sürmüşəm. Bakı-Biləcəri, Bakı-Ucar reysində işləyirdim. Parovozu yaxşı sürdüyümə görə məni sonra gəmiyə keçirdilər. Bir müddət də gəmi sürmüşəm”.
Qeyd edək ki, teleaparıcı Ülvira Qarayeva aparıcısı olduğu “Evdəyik” verilişində Mətanət İsgəndərlinin gənclik illərində tramvay sürdüyünü bildirmişdi.