Dünən Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkərin xına mərasimi olub.
Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, rəqqasə Fatimə Fətəliyevanın idarə etdiyi məclisə şou-biznes nümayəndələri də qatılıb. Mərasim mediaya qapalı keçirilib.
Ülkər Engin adlı Türkiyə vətəndaşına ərə gedir. Məclisdə bəy də iştirak edib.
Qeyd edək ki, cütlüyün Bakıdakı toyu sentyabrın 20-də olacaq. Oktyabrda isə Antalyada oğlan toyu baş tutacaq.
A.S.
www.oxu.az