Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Metyu Perrinin ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxdı: Öldürülüb?
Məşhur Hollivud aktyoru Metyu Perrinin ölümü ilə bağlı yeni təfərrüat ortaya çıxıb.
Los-Anceles polisinin fikrincə, aktyor öldürülüb.
Tanınmış "Friends" ("Dostlar") serialının ulduzunun ölümü ilə bağlı aparılan araşdırma göstərib ki, faciə təsadüfi olmaya da bilər. Ehtimal edilir ki, kimsə Perriyə ketamin dozası verib və bu da onun ölümünə gətirib çıxarıb.
Cinayət işində artıq şübhəli şəxs də ortaya çıxıb - qadının şəxsiyyəti açıqlanmasa da, mənbələr onun ictimai həyat tərzi sürdüyünü və eyni zamanda məşhur bir aktyorla evli olduğunu bildirirlər.
Metyu ilə qadın birgə qaldıqları klinikada tanış olublar, hansı ki, orada hər ikisi zərərli vərdişlərdən xilas olmağa çalışıblar. Hüquq-mühafizə orqanları təqsirləndirilən şəxsin Los-Ancelesdəki evində axtarış üçün order alıb və onun "iPhone" və noutbukunu müsadirə ediblər. Şübhəli şəxs artıq dindirilib. Polisin ziyarəti qadın üçün gözlənilməz olub. Lakin o, Metyu Perrinin ölümündə iştirakını inkar edir və artıq özünün müdafiəsi üçün vəkillər tutub.
Xatırladaq ki, faciədən bir həftə yarım əvvəl Metyu Perri həkim nəzarətində olub, depressiya və narahatlıq hallarının aradan qaldırılmasında istifadə edilən eksperimental müalicə - ketamin infuziya terapiyasından keçib.
Məhkəmə-tibbi ekspertizanın rəyinə görə, ölüm anına qədər dərman artıq bədəndən xaric olunmalı idi, lakin yarılma aktyorun qanında ketaminin miqdarının əməliyyat zamanı ümumi anesteziya üçün istifadə olunan həddə olduğunu göstərib. Lakin sənətçinin evində narkotik və kimyəvi maddələrin izlərinə rast gəlinməyib.
Mənbə: "Dark Voice" "Telegram"