Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Mirkamil Aynişanla sevgilidir? - VİDEO
Müğənni Mirkamil Kamilov ATV-də yayımlanan “Onlar” verilişinə müsahibə verib.
Oxu.Az xəbər verir ki, ifaçı şəxsi həyatından və səhhətindən danışıb:
“İnsanların duası sayəsində bu gün ayaq üstəyəm. İkinci dəfə əməliyyat gözlənilir. Ağır günlərimdə mənə baş çəkməyən insanları qınamıram. Sona qədər Aybəniz Haşımova mənim yanımda olub. Ömrümün sonuna kimi Aybəniz xanıma borcluyam. Onun elədiklərini heç kim etməzdi”.
Mirkamil Aybəniz Haşımovanın qızı Aynişanla sevgili olması xəbərinə də aydınlıq gətirib:
“Hansısa xanımla adi şəkil mətbuatda yayılanda insanlar onu başqa yerə yozmağa başlayırlar. Biz Aynişanla sadəcə dostuq. Sevgili olmağımız yalandır. Ona hörmətim var. Bu, sona kimi belə davam edəcək”.
Müğənni həyatında birinin olmadığını və hələ ki evlənmək istəmədiyini də söyləyib:
“Bu haqda hələ düşünmürəm. Bir dəfə dərin sevmişəm. Xəyanətlə üzləşmişəm. O zaman hiss etmişəm ki, insanı o qədər sevməyə dəyməz. Artıq keçmişi silmişəm gedib”.

Aytən Sadıqzadə