Sizə dünən Mirkamilin əməliyyat olunacağı barədə xəbər vermişdik. Aybəniz Haşımova bununla bağlı Tehrana gedir.
Oxu.Az xəbər verir ki, Aybəniz Haşımova facebook səhifəsində yazı paylaşıb:
“Əziz dostlar, məlumat vermişdim sizə, Mirkamilin vəziyyətinin çox ciddi olduğunu, amma bu qədər də ciddi olduğunu atasının telefon zəngindən sonra bildim. Mən gedirəm Tehrana. Səhər 11-12 arası Mirkamilin əməliyyatı başlayacaq. Əziz dostlar anasının xəbəri yoxdur. Atası tək xəstəxanada balasının canı ilə əlləşir. Nə olar, dualarınızı anasının da əvəzinə edin, körpə balamıza. Axşam Tehran-Bakı reysi ilə Tehrana yola düşürəm. Göydə Allah, yerdə sizin dualarınız Mirkamil balamıza kömək olsun”.

Aytən Sadıqzadə
www.oxu.az