Bu gün bəzi kütləvi informasiya vasitələrində dekabrın 26-da Bakıda, Dərnəgül qəsəbəsindəki yataqxanada xüsusi amansızlıqla qətlə yetirilən Aynurə Kazımovanın guya Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin bacısı qızı olması ilə bağlı məlumat yayılmışdı.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu fikirlər Füzuli rayon İH-nin mətbuat xidmətindən deyilib.
Açıqlamada bildirilir ki, A.Kazımovanın rayon İH-nin başçısı Alı Alıyevin bacısı qızı olması barədə yayılan məlumat həqiqətə uyğun deyil:
"Heç bir dəqiqləşdirilmə aparılmadan yayılan iddialar tamamilə absurddur və həqiqəti əks etdirmir. Xəbərdə adı çəkilən Kazımova Aynurə Şahlar qızı Füzuli rayonunun Bala Bəhmənli kənd sakinidir. Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyevin Kazımova Aynurə Şahlar qızı adında bacısı qızı yoxdur".
Qafqazinfo-nun əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs A.Alıyevin uzaq qohumu - bibisi qızının gəlini olub. Onun atası isə taksi sürücüsü olub.
14:35
Dekabrın 27-də xüsusi amansızlıqla qətlə yetirilən 27 yaşlı qadın icra başçısının bacısı qızı imiş.
Oxu.Az xəbər verir ki, bu barədə interpress.az saytı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Dərnəgül qəsəbəsindəki yataqxanada başı kəsilən 1986-cı il təvəllüdlü Aynurə Kazımova Füzuli rayonunun icra başçısı vəzifəsində çalışan Alı Alıyevin bacısı qızıdır.
Qeyd edək ki, Daxili İşlər Nazirliyi Aynurəni qətlə yetirməkdə təqsirli bilinən 33 yaşlı Rafiq Ələkbərovu həbs edib.
Rafiq Ələkbərov Aynurə Kazımovanın başını iki azyaşlı uşağının gözləri qarşısında kəsib.