Bakıda dəhşətli qətl hadisəsi törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Binəqədi rayonu ərazisində, Dərnəgül qəsəbəsindəki məcburi köçkünlərin yataqxanasında, Füzuli rayon sakini 1986-cı il təvəllüdlü Kazımova Aynurə Şahlar qızı qətlə yetirilib.
Hadisəni törədən şəxs qaçmağa müvəffəq olub. Hazırda onun yaxalanması üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, qətlə yetirilən A.Kazımova ailəli olub. Faktla bağlı cinayət işi açılıb.