“Miss Globe Azərbaycan – 2015” gözəllik yarışmasına sənəd qəbulu davam edir.
Azərbaycanın bütün bölgələrindən bu yarışmaya böyük maraq var. Biz ədalətli qərarla Azərbaycanı 90-cı “Miss Globe İnternational”da təmsil edəcək gözəlimizi seçəcəyik.
Bu sözləri Oxu.Az-a “Z Company 2007” şirkətinin prezidenti və “Miss Globe Azərbaycan” gözəllik yarışmasının direktoru Zamiq Yunisov deyib.
Onun sözlərinə görə, münsiflər heyətinin üzvləri artıq bəllidir. Tanınmış bəstəkar Gövhər Həsənzadə jüriyə rəhbərlik edəcək.
Qeyd edək ki, sənəd qəbulu noyabrın 28-də bitəcək. 29 noyabrda finala vəsiqə qazanan 24 nəfər xanımın adı açıqlanacaq. Final yanvarın 10-u Bakının gözəl istirahət mərkəzlərinin birində keçiriləcək.
Müsabiqənin informasiya dəstəyi Oxu.Az İnformasiya Agentliyidir.

Aytən Sadıqzadə
www.oxu.az