Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan cinslərin bərabərliyinə qarşı çıxdı.
Oxu.Az BBC News-a istinadən xəbər verir ki, o bu barədə İstanbulda keçirilən qadın haqlarına həsr olunmuş konfransda bildirib.
“Bizim dinimiz qadının müqəddəratını müəyyən edib, o, ana olmalıdır. Bunu feministlərə açıqlamaq olmaz, onlar analıq ideyasını təkzib edirlər”, - dövlət başçısı qeyd edib.
Onun sözlərinə görə, qadınları kişilərlə bərabər tutmaq olmaz, bu, təbiətə ziddir.
“Onların fərqli bədən quruluşu olduğu kimi, həyat tərzləri də fərqlənir”, - The Guardian dövlət başçısının sözlərindən sitat gətirir.
Ərdoğan hesab edir ki, bərabərhüquqluqdan yox, ekvivalentlilikdən danışmaq lazımdır.
“Qadınlara bərabərlik yox, onlara kişilərlə eyni hörmətin göstərilməsi lazımdır”, - prezident vurğulayıb.
Ərdoğanın fikirləri adətən ictimaiyyətdə geniş müzakirəyə səbəb olur. Belə ki, noyabrın 16-da o, müsəlmanların Amerikanı Xristofor Kolumbdan üç əsr öncə kəşf etdiklərini bəyan edib.
O, hətta müsəlman-dənizçilərinin Amerikaya gəldiklər zamanı dəqiq söyləyib – 1178-ci il və geuez dənizçisinin gündəliyində Kuba adasında təpələrin birində məscid haqqında yazılarından danışıb.