Ötən gün Los-Ancelesdə baş tutan “MTV Movie Awards 2015” mükafatlandırma mərasiminin qalibləri bəlli olub.
Oxu.Az xarici mətbuata istinadən qaliblərin siyahısını təqdim edir:
“Ən yaxşı film” – “Ulduzlar günahkardır” (“The fault in our stars”)
“Ən yaxşı aktrisa” – Şeylin Vudli, “Ulduzlar günahkardır”
“Ən yaxşı aktyor” - Bredli Kuper, “Snayper”
“İlin qorxusu” - Cennifer Lopez, “Pərəstişkar” (“The boy next door”)
“İlin sıçrayışı” – Dilan О'Brayen, “Labirintdə qaçan” (“The maze runner”)
“Köynəksiz ən yaxşı rol ifa edən” – Zak Efron, “Qonşular” (“Neighbors”)
“Ən yaxşı ekran dueti” – Zak Efron və Deyv Franko, “Qonşular”
“Ən yaxşı dava” – Uill Poulterlə Dilana О'Brayen arasında, “Labirintdə qaçan”
“Ən yaxşı öpüş” – Ensel Elqort və Şeylin Vudli, “Ulduzlar günahkardır”
“Ən yaxşı kadr arxası” – Rouz Birn və Set Roqen, “Qonşular”
“Ən yaxşı cani” – Meril Strip, “Meşədən sonra nə..” (“İnto the woods”)
“Ən yaxşı musiqili an” – Cennifer Lourens, “Aclıq oyunları” (“The hunger games”)
“Ən yaxşı komediya filmi” – Çenninq Tatum, “Maço və Botan 2”
“Ən yaxşı dəyişilmə” – Elizabet Benks, “Aclıq oyunları”
“Nəsillərin tanınması mükafatı” – Robert Dauni-balaca
“MTV Trailblazer Award” mükafatı – Şeylin Vudli
“Dahi komik mükafatı” – Kevin Hart