Azərbaycanın xalq artisti, pianoçu Murad Adıgözəlzadə ötən gün konsert proqramı ilə çıxış edib.
Oxu.Az xəbər verir ki, konsert aprelin 22-si Azərbaycan Dövlət Filarmoniyasında baş tutub. Konsert proqramında V.A.Motsartın əsərləri səsləndirilib.
Xalq artistini Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib. Orkestrin bədii rəhbəri və baş dirijoru xalq artisti Teymur Göyçayevdir.
Murad Adıgözəlzadənin konsertini izləməyə gələn tamaşaçılar arasında həyat yoldaşı, Azərbaycanın “Eurovision” təmsilçilərindən olmuş Aysel Teymurzadə də olub.
Aytən Sadıqzadə
Foto: Nüsrət Abdullayev
www.oxu.az