Ötən gün mətbuatda teleaparıcı Nanə Ağamalıyevanın ərə getməyə hazırlaşdığı xəbərləri yayılmışdı.
Oxu.Az xəbər verir ki, teleaparıcı İnstaqram səhifəsində buna aydınlıq gətirib:
“Mən getdim dərsə. Hamınıza can sağlığı, məhəbbət arzu edirəm. Arzularınıza doğru gedin və heç kim sizi bu yoldan ayırmasın. Özünüzə güvənin, yalnız özünüzə! Doğma kanalım olan ATV rəhbərliyinə təşəkkür edirəm ki, burada oxumağım üçün əlindən gələn şəraiti əsirgəməyib. Az qaldı, tezliklə efirdə yeni layihəmlə qarşınızda olacam.
Burada təhsil alıram, əziz həmkarlarım.Yəni başqa xəbərlərə yox, özümdən eşitdiyiniz xəbərlərə inanın. Hamınıza xoşbəxtlik və işlərinizdə uğur arzu edirəm. Həyat gözəldir, yaşamağa dəyər. Məni sevən minlərcə insanın sevgisini hiss etdim. Çox sağ olun. Bu qədər sevgini hiss edən yaradıcı insan necə xoşbəxt olmaya bilər?”.