Azərbaycanda da mahnıları dinlənilən və sevilən Özbəkistanın xalq artisti Nəsibə Abdullayeva Bakının iki günlük qonağı olub.
Oxu.Az xəbər verir ki, paytaxta “Azad Azərbaycan” telekanalının layihələrindən olan “Yenə o bağ olaydı” verilişinin yaradıcı heyəti, xüsusilə əməkdar artist Aygün Bəylərin dəvəti ilə gələn Nəsibə xanım maraqlı təəssüratla qayıdıb. Verilişin yeni mövsüm buraxılışında çəkilən Nəsibə Abdullayeva sevilən mahnılarını ifa edib.
Nəsibə xanımla eyni verilişdə onunla ailəvi dostluq münasibəti olan əməkdar incəsənət xadimi Baba Vəziroğlu da yer alıb. Verilişdə daha çox Kamal müəllim və Baba Vəziroğlunun birgə müəllif mahnıları səsləndirilib.
Verilişi sənət mübadiləsi, musiqilər, xatirələr üzərində quran Aygün Bəylər sonda Nəsibə Abdullayeva ilə birlikdə hər iksinin repertuarını bəzəyən “Nigaranam” mahnısını səsləndiriblər.
Qeyd edək ki, həmin gün Nəsibə xanım Baba Vəziroğlunun evində də qonaq olub.
Aytən Sadıqzadə
www.oxu.az