Bir maqazin jurnalının son sayına müsahibə verən Nükhet Duru təəccüblü etiraflar edib.

Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Duru əvvəlcə müsahibəsində “Hamımızdan əvvəl - 60-cı illərdə o gəlib səhnəyə. Biz 75-ci ildə sənət həyatına gəlmişik. O da çox gənc yaşlarında başlayıb. Möhtəşəm qadındır, pop musiqinin tanrısıdır! Mifoloji çağda yaşasaydı, Ajda qəti şəkildə tanrı olaraq qarşılanardı” sözləri ilə Ajda Pekkanı tərifləyib.

Daha sonra Bülent Ersoyun Ajda Pekkana təyyarədə sillə vurduğunu söyləyərək iki ulduzun 25 illik düşmənçiliyini etiraf edib:

“Küsülülük pis şeydir. Bizim nəslin insanları arasında nə küslük, nə də düşmənçilik ola bilər. İnşallah məsələ hər ikisinə yaraşan şəkildə həll olar. Onların ulduzu heç cür barışmayıb. Xatırlayıram, 25 il əvvəl təyyarədə savaşmışdılar. Hətta Bülent Ajdaya sillə vurmuşdu”.

Aytən Sadıqzadə
www.oxu.az