Əməkdar artist Nüşabə Ələsgərli insan alverinə görə həbs olunmuş prodüseri Vəfa Məmmədovadan danışıb.
Oxu.Az xəbər verir ki, Lent.az-a açıqlama verən əməkdar artist deyib ki, keçmiş prodüserinin insan alveri ilə məşğul olmasından xəbərsiz olub:
“Çox yaxşı prodüser olub. Mənim verilişimin prodüseri idi. Namuslu, qeyrətli xanımdır. Nə istəyirlər jurnalistlər? O sayt dərc edir, bu sayt dərc edir. Nə olub? Bu sözləri Vəfanın müdafiəsi üçün demirəm. İstintaq gedir. Cəzası varsa, çəkəcək. Amma mədəni qadındır. Rəhmətlik anasını da tanıyırdım. Anası da müəllimə idi. Özü də müəllimədir".
Məsələ ilə bağlı istintaqa cəlb olunması ilə bağlı məsələyə də toxunan N.Ələsgərli deyib ki, onun bu mövzu ilə əlaqəsi yoxdur: "Nə olsun çalışmışam? 10 il bundan qabaq kimlə çalışmısansa, buna görə sorğu-sual edəcəklər? O xanım mənim yanımda 2 işləyib".
Qeyd edək ki, hüquq-mühafizə orqanlarından daxil olan məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarına əsasən, Vəfa Vaqifqızı ilə bağlı iki aylıq həbs qətimkan tədbiri seçilib. O, Bakı İstintaq Təcridxanasına göndərilib.
E.Ə.
www.oxu.az