Ərxan Çəliklə 28 sentyabrda ailə quran Gülbən Ərgənin 4 aylıq hamilə olduğu iddia edilir.
Oxu.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ailənin yaxınlarından biri Ərgənin 4 aylıq hamilə olduğunu, amma cütlüyün bu xəbəri bir müddətdir gizlətməyə çalışdıqlarını söyləyib.
Üstəlik körpənin cinsiyyətinin belə müəyyən olunduğunu söyləyən şəxs “Körpənin cinsiyyətinin qız olması, onların ikisini də sevincə qərq edib” deyib.
Uzun müddətdir hamilə olduğu danışılan Gülbən Ərgən yaxın günlərdə İnstagram-da bir körpə qızın şəklini paylaşıb.
Türkiyə mətbuatında bu foto Ərgənin qız övladına hamilə olması xəbərinin doğru ola biləcəyi kimi qəbul edilib.
Qeyd edək ki, Gülbən Ərgənin ilk evliliyindən üç, Ərxan Çəlikin isə bir oğlu var.

Aytən Sadıqzadə
www.oxu.az