Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Paris-2024: Tom Kruz Olimpiadanın bağlanış mərasimində təhlükəli fənd həyata keçirəcək
Məşhur Hollivud aktyoru Tom Kruz Parisdə keçirilən Olimpiya Oyunlarının bağlanış mərasimində "Mümkünsüz missiya" filminin üslubunda təhlükəli fənd həyata keçirəcək.
Oxu.Az xəbər verir ki, bu barədə "The Sun" məlumat yayıb.
62 yaşlı aktyor əlində Olimpiya bayrağı ilə "Stade de France"ın damından arena sahəsinə enəcək. Bundan əvvəl, Kruzun bayraqla Atlantik Okeanı üzərindən təyyarədə uçduğu əks olunan əvvəlcədən çəkilmiş qısa video nümayiş etdiriləcək.
"Olimpiada heyrətamizdir. Əla hekayələr, dahi idmançılar. İdmançıların yarışlarda etdikləri inanılmazdır. Onlarda borcun yerinə yetirilməsi hissi var", - "The Sun" aktyorun sözlərini sitat gətirib.
Xatırladaq ki, daha əvvəl o, 2004-cü ildə Afinada (Yunanıstan) keçirilən Olimpiya məşəli estafetinin iştirakçısı olub.
Qeyd edək ki, Parisdə Olimpiya Oyunlarının bağlanış mərasimi avqustun 11-i bazar günü keçiriləcək.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb