Məşhur iş adamı, "Telegram" mesencerinin təsisçisi Pavel Durovun sevgilisi Yuliya Vavilova onların evləndiklərinə eyham edib.
Oxu.Az-ın xəbərinə görə, Yuliya Vavilova bu barədə öz "Instagram" hesabında paylaşım edib.
O, yumoristik post paylaşıb və zarafatca deyib ki, sadə riyazi məsələləri kalkulyatorda həll edir.
"Ərim telefonumu əlimdən alır və başqa insanlarla mesajlaşmalarımı axtarır, amma orada daha pis bir şey var..." - deyə Durovun sevgilisi yazıb.
Vavilova, həmçinin yazdığı şərhdə bildirib ki, onun əri üçdən artıq dil bilir. Bəzi internet istifadəçiləri hesab edirlər ki, Yuliya Vavilova sahibkarla evləndiyinə işarə edir.
25 yaşlı Yuliya Vavilova ingilis, ispan və ərəb dilləri üzrə tərcüməçidir. O, təxminən bir ildir 41 yaşlı Durovla münasibətdədir. Vavilova, həmçinin 2024-cü ilin avqustunda Fransada həbs olunarkən iş adamı ilə birlikdə olub.