Noyabrın 30-da müğənni-bəstəkar Emin Ağalarovun təşkilatçılığı ilə Heydər Əliyev Sarayında rusiyalı müğənni Soso Pavliaşvilinin konserti baş tutub.
Oxu.Az bu barədə “1news.az”a istinadən xəbər verir.
“Instagram”ın fəal istifadəçilərindən olan S.Pavliaşvili sosial şəbəkə hesabında konsertə görə Bakıya təşəkkür etdiyi videonu paylaşıb.
Müğənninin təəssüratlarını bölüşdüyü videoçarxa aşağıda baxmaq olar:
“Xəzər dənizindən, gözəl Bakı şəhərindən sabahınız xeyir deyirəm. Dünən burada çox isti, şən, həddən artıq səmimi atmosfer var idi. Konsertdə iştirak edən hamıya – tamaşaçılara, mühafizəçilərə, musiqiçilərə, bütün personala və dünən qonağı olduğumuz uşaqlara təşəkkür edirəm.Ağalarovlar ailəsi qarşısında baş əyirəm – iki uşağı ad günü münasibəti ilə təbrik edirəm, bu gün onların 8 yaşı tamam olur. Allah bizə onların nənə, baba, valideynləri ilə toylar;nda əylənməyi nəsib etsin. Sizi sevirəm və sizinlə fəxr edirəm və qoy bütün qonşular arasında gözəl yollar olsun”, - deyə Soso Pavliaşvili bildirib.
A.S.
www.oxu.az