“Biz heç bir “çirkli idmançı”nı Rio Olimpiadasına yollamamışıq”.
Oxu.Az xəbər verir ki, bunu Mili Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə jurnalistlərə açıqlamasında deyib.
Çingiz Hüseynzadə bildirib ki, Rio Olimpiadasında medal qazanan idmançıda dopinqin aşkar edilməsi və bunun nəticəsində Olimpiadada qazanılan medalın ləğvinə inanmır.
“Azərbaycanda Dopinq haqqında qanun qəbul olunub. İndi xüsusi Antidopinq Agentliyi yaradılacaq. Dünya Antidopinq Agentliyinin (WADA) hesabatına görə, Azərbaycanda beynəlxalq idman yarışların təşkili məsləhət görülmür. İndi məqsədimiz bizi bu siyahıdan çıxarmaqdır”.
Elvin Əhmədov