Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan Hamburqda Azərbaycanın XİN rəhbəri Elmar Məmmədyarov ilə görüşün baş tutacağını istisna etmir.
Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az “Azadlıq” radiosuna istinadən məlumat yayıb.
“İstisna etmirəm, amma hələlik görüş təsdiqlənməyib”, - Nalbandyan radiostansiyaya verdiyi müsahibəsində bildirib.
Xatırladaq ki, Hamburqda ATƏT-in XİN rəhbərlərinin Şurası keçiriləcək. Tədbir çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistanın XİN rəhbərləri ilə görüşməyi planlaşdırır.
A.M.
www.oxu.az