Rusiyanın Xalq artisti Filipp Kirkorov xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Super" məlumat yayıb.
Sənətçi MUZ TV mükafatının qırmızı xalçasında görünüb. O gülümsəyib və həvəslə kameralar qarşısına keçib.
Qeyd edək ki, aprelin 25-də Kirkorov Sankt-Peterburqda çıxışı zamanı yanıq xəsarətləri alıb. "Qara Pantera" mahnısını ifa edərkən pirotexniki vasitələrdən düşən qığılcım səbəbindən onun pencəyinin qolu yanıb.
Mayın 23-də məlum olub ki, Filipp Kirkorov təcili cərrahiyyə şöbəsinə yerləşdirilib. Ona yanıqdan sonra oynaqların iltihabı diaqnozu qoyulub.