“Kurtlar Vadisi Pusu” (“Qurdlar Vadisi Pusu”) yeni mövsümə sürprizlərlə gəlir. Serialın ilk bölümü 17 sentyabrda yenə “Kanal D”də yayımlanacaq.
Çəkilişlər Kiprdə başladı
Prodüserliyini “Pana film”in boynuna götürdüyü baş rollarını Necati Şaşmaz, Cahit Kayaoğlu və Ali Buhara Metenin canlandırdığı “Kurtlar Vadisi Pusu”nun yeni mövsüm çəkilişləri 17 avqustda Kiprdə başlayıb. İki həftəlik gərgin çəkilişlərin davamı üçün yaradıcı heyyət İstanbula dönüb.

Defne Samyeli də heyyətdə
Heyyətinə bu mövsüm Defne Samyeli və Ertan Saban kimi məşhurları da əlavə edən serialın yeni anonsu da böyük maraqla qarşılanıb. Videoya “YouTube”da 3 gündə 800 min baxış olub.

Aytən Sadıqzadə
www.oxu.az