ABŞ-li reper və prodüser P.Diddi (əsl adı Şon Kombs) təhlükəsizlik səviyyəsi daha aşağı olan həbsxanaya köçürülüb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "NBC" nəşri mənbələrə istinadən məlumat verib.
Məlumata görə, reper Nyu-Cersi ştatındakı Fort-Diks federal həbsxanasına köçürülüb. Diddi cəzasının qalan hissəsini orada çəkəcək. Qeyd edilir ki, bu, daha aşağı təhlükəsizlik səviyyəsindəki müəssisədir, lakin orada narkotik asılılığından müalicə proqramı mövcuddur.
Xatırladaq ki, musiqiçi 2024-cü ilin sentyabr ayında zorakılıq və insan alveri ittihamları ilə həbs edilib. İttihamnaməyə görə, o, ziyafətlər təşkil edərək, qonaqlara qadağan olunmuş maddələr paylayıb və onları seks sənayesi işçiləri ilə cinsi əlaqəyə məcbur edib.
Daha sonra P.Diddiyə qarşı daha bir ittiham irəli sürülüb ki, buna əsasən, o, zorakılıq, işgəncə və kommersiya məqsədli seks aktlarının törədilməsi və gizlədilməsi üçün özünün çox sayda müəssisəsindən istifadə edib.
Bu ilin iyul ayında məhkəmə P.Diddini 4 il 2 ay həbs cəzasına məhkum edib. Lakin KİV-in yazdığına görə, reper gözləniləndən vaxtdan daha tez azadlığa çıxa bilər. Qeyd edildiyinə görə, o, qadağan olunmuş maddələr asılılığından müalicə proqramında iştirak edə bilər ki, proqramı uğurla başa çatdıracağı təqdirdə, cəza müddəti bir il azaldıla bilər.