İki incəsənət insanı ötən gün həyatlarını birləşdiriblər.
Oxu.Az xəbər verir ki, rəssam Ülviyyə Musayeva və musiqiçi Ramin Sadıqov ailə həyatı qurub.
Ülviyyə Musayeva Nail Art üzrə ustadır. Bu işlə artıq 6 ildir ki, məşğul olur. O, Moskvada işləyib və təcrübə keçib, bir neçə sertifikat alıb. Bütün sərgisini o, dırnaqlar üzərində yaradılan rəsm kompozisiyası kimi görür.
Ramin Sadıqov isə baraban ifaçısıdır.
Cütlüyün toy mərasimi aprel ayının 27-də baş tutub.
Aytən Sadıqzadə
www.oxu.az