Müğənni Rihanna gecə klublarının birində obyektivlərə tuş gəlib.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, 27 yaşlı ifaçı Parisdə getdiyi bir gecə klubunda reper Travis Scott ilə son dərəcə səmimi şəkildə görüntülənib.
Əvvəlcə sarmaş-dolaş vəziyyətdə rəqs edən Rihanna və Travis daha sonra öpüşməyə başlayıb. Heç kimin onların bu hərəkətinin fərqinə varmadığını düşünən cütlük klubun zəif işığında uzun müddət öpüşüblər.
Ancaq həmin anlar isə obyektivlərə belə əks olunub: