Populyar azərbaycanlı müğənni Roza Zərgərli Qırğızıstanda, İssık-Gül gölünün sahilində, kurort şəhəri olan Çolpon-Atedə keçiriləcək ikinci “Meykin-Asiya” beynəlxalq festivalına fəxri münsif üzvü qismində dəvət alıb.
Bu barədə Oxu.Az-a məlumat verən müğənni qeyd edib ki, festivalın təşkilatçılar komitəsinin üzvləri sırasında məmurlar, mədəniyyət xadimləri və teleşirkət təmsilçiləri yer alıb.
Festivalda Asiya və Avropanın ən yaxşı ifaçıları ilə bərabər, Azərbaycanın, Türkiyənin, Rusiyanın, Cənubi Koreyanın, Çinin və Yaponiyanın təmsilçiləri iştirak edəcək.
Roza Zərgərlinin verdiyi məlumata görə, ölkəmizin təmsilçisi yaxın zamanda BEN production tərəfindən seçiləcək.
Festivalın daha bir sürprizi populyar müğənnimiz ilə bağlıdır. Belə ki, Roza Zərgərli öz ifası ilə festivala yekun vuracaq.

Aytən Sadıqzadə
www.oxu.az