Müğənni Roza Zərgərli sosial şəbəkədə hakerlərin hücumuna məruz qalıb.
Oxu.Az-a açıqlama verən ifaçı bildirib ki, onun rəsmi Facebook səhifəsini sındırıblar:
“Mənim adıma olan Roza Zərgərli adlı fan səhifəmin parolunu hakerlər sındıraraq, orada mənə xas olmayan paylaşımlar ediblər. Artıq bu əməli edən adamı tapmışam. Bu barədə hüquq mühafizə orqanlarına müraciət etmişəm. Bu işi görən şəxs öz cəzasını alacaq”.
Aytən Sadıqzadə
www.oxu.az