Müğənni Roza Zərgərli “Lider” TV-dən ayrılıb.
Oxu.Az xəbər verir ki, “Bakı vaxtı ilə” verilişinin aparıcısı olan sənətçinin proqramı bundan sonra ATV-də yayımlanacaq.
“Bakı vaxtı ilə”nin anonsu kanalın rəsmi “Youtube” səhifəsində paylaşılıb. Proqram bu aydan etibarən start götürəcək.
Qeyd edək ki, sözügedən veriliş bundan əvvəl İTV-də də yayımlanıb.
Roza Zərgərli “Lider”dən getdi - VİDEO
Pərviz Hüseyn
www.oxu.az