Müğənni Roza Zərgərli şəxsi Facebook səhifəsində orqanlarını bağışlamaq arzusunda olduğunu yazıb.
Oxu.Az xəbər verir ki, müğənni ehtiyacı olanlara yardım etmək istədiyini qeyd edib:
“Kim bilir, Azərbaycanda donor orqan bankı varmı? Hər gün internet vasitəsilə onlarla, yüzlərlə fərqli xəstəliklərdən əziyyət çəkən insanlar haqqında oxuyuram. Həyat qısadır və hər an başımıza iş gələ bilər. Əgər belə olarsa, cəmiyyətə xeyrimin dəyməsini istəyirəm. Orqanlarımı vəsiyyət etmək arzusundayam. Mənə bir şey olarsa, ehtiyacı olan insanlara verilsin”.

Aytən Sadıqzadə
www.oxu.az