ABŞ-da yaşayan Rüstəm Cəbrayılov Enni Leybovisin fotosessiyasında iştirak edəcək.
Oxu.Az xəbər verir ki, Rüstəm Cəbrayılov - “Best model of the World” titulunu almış yeganə azərbaycanlıdır.
Dörd il bundan öncə o, Nyu-Yorka köçüb, ailə həyatı qurub. Nyu-York moda həftəsində iştirak etdikdən sonra, məşhur dizaynerlərin moda sərgilərinin açılışında və məşhur nəşrlər üçün çəkilərək, Amerika model biznesini fəth etməyə başlayıb.
O, “Red Model Management” model agentliyi ilə müqavilə bağlayıb. Rüstəm Cəbrayılov müxtəlif fotosessiyaların iştirakçısı olub.
1news.az-ın məlumatına görə növbəti layihə dünya şöhrətli fotoqraf Enni Leybovisin çəkilişləri olacaq, bu haqda məlumatı Rüstəm Facebook səhifəsində verib.
Enni Leybovis – məşhurların portretləri üzrə ixtisaslaşmış amerikan fotoqrafıdır. Bu gün üçün o, ən çox tələb olunan qadın fotoqrafdır. İlk kadrlarını o, Vyetnam müharibəsi zamanı atasının göndərildiyi Filippində çəkib. Sonra Enni San-Fransisko incəsənət institutunda təhsil alıb. 1970-ci ildən Rolling Stone jurnalında, 1983-cü ildən isə Vanity Fair jurnalında çalışıb. Vanity Fair jurnalı üçün məşhurların portretləri seriyasını hazırlayıb.
Oxuculara Enni Leybovisin məşhur şəkillərindən olan layihəni təqdim edirik: