Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Şakira ABŞ-yə nə üçün köçdüyündən danışıb
Kolumbiyalı müğənni Şakira ABŞ-yə köçməsi və bu ölkədə mühacir kimi yaşaması təcrübəsindən danışıb.
Bu barədə Oxu.Az BBC telekanalına istinadla xəbər verir.
Şakira ABŞ-də mühacirlərin daim qorxu içində yaşadıqlarını bildirib. Müğənni ABŞ-yə gələn insanlara ədalət və azadlıq prinsipləri əsasında rəftar ediləcəyinə ümid etdiyini söyləyib. O qeyd edib ki, müasir dövlətlərin çoxu immiqrantların zəhməti sayəsində qurulub.
Müğənni ingilis dilində mahnı oxumaq məqsədilə 19 yaşında ABŞ-yə gəldiyini deyib. O, həmin vaxt ingilis dilini bilmədiyini etiraf edib.
Şakira, həmçinin bildirib ki, mühacirlər humanist münasibətə nail olmaq üçün birləşməlidirlər. O hesab edir ki, Ağ Evin immiqrasiya siyasətini dəyişmək hüququ var, lakin bu zaman əcnəbilərlə ləyaqətlə davranılmalıdır.
"Şakira" teqi üzrə xəbərlər
- Şakiranın konsertinə qatılan on minlərlə insan qızılcaya yoluxa bilər - Rəsmi xəbərdarlıq
- Moda dünyasında qalmaqal: Əfsanəvi supermodel Naomi Kempbell tədbirdən uzaqlaşdırıldı
- Xəstəxanaya yerləşdirilən Şakiradan XƏBƏR VAR - Hoteldən çıxanda görüntüləndi
- Şakira xəstəxanaya yerləşdirildi
- Şakira "Zootopia 2"də müğənnini səsləndirəcək