Müğənni Selena Qomes minlərlə pərəstişkarı qarşısında səhnədə yıxılıb.
Oxu.Az xəbər verir ki, 23 yaşlı ifaçı Tulsa şəhərində verdiyi konsert zamanı yeni “Kill em with kindness” adlı mahnısını ifa edərkən səhnənin pilləkənlərində ayağı ilişərək yerə yıxılıb.
Gülərək ayağa qalxan müğənni “turnə boyunca ilk dəfədir yıxıldım” deyib.
Xatırladaq ki, Selena Qomesin keçmiş sevgilsi məşhur pop ifaçısı Castin Biber də bu yaxınlarda dünya turu çərçivəsində Kanadada verdiyi konsert zamanı səhnədə yıxılıb.
Aytən Sadıqzadə
www.oxu.az