Türkiyəli məşhur müğənni Sibel Can Beykozdakı evini yenidən təmir etdirib.
Oxu.Az xəbər verir ki, ifaçı üç mərtəbədən ibarət olan evinin qapılarını “İnstyle Home” jurnalının may buraxılışı üçün açıb.
Evində gözəllik salonu və səsyazma studiyası da olan Sibel Can, ev həyatı barəsində bunları söyləyib:
“Səhnə xaricindəki həyatımın hamısı demək olar ki, evdə keçir. Buradakı hər detal mənim xüsusi marağımdır. Tərtəmiz mühitdə özümü yaxşı hiss edirəm. Evimdə mütləq təbii güllər də olmalıdır. İllərdir Beykozda yaşamağım, bu evin təbiəti ilə baş-başa qalmaq imkanıma görədir”.
Aytən Sadıqzadə
www.oxu.az