Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Sosial medianın çılğın trendi Bakıda - VİDEO
Hər gün bizi daha da təəccübləndirən sosial mediada daha bir yarış start götürüb.
Oxu.Az xəbər verir ki, budəfəki “challange” (çağırış) “Instagram”da başlayıb.
Dünyaca məşhur reper Dreykin “In my feelings” mahnısı əsasında başlayan “challange”də “inmyfeelingschallenge”, “kikidoyuoloveme” həşteqləri ilə 150 mindən çox video yer alıb.
“Challange”ə görə, videonu çəkən adam avtomobildən düşüb rəqs etməlidir. Bu, avtomobil gedə-gedə də ola bilər, saxlanmış formada da. Ancaq video mütləq şəkildə avtomobilin içərisindən çəkilməlidir.
Dünya şöhrətli ulduzlar Siara və Uil Smitt də “challange”ə qoşulanlar sırasında olub.
Azərbaycandan isə bu missiyanı “Best Model of The World 2017”-də üçüncü yerin sahibi olan model Elxan Hüseyn həyata keçirib.
Onun sosial şəbəkədə rəqs edərkən yayılan videosu böyük marağa səbəb olub.
Pərviz Hüseyn
www.oxu.az
Rəylər