Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Tacı kənara qoyub ağ xalat geyinəcək: Türkiyə gözəli həyat xilas etməyi seçdi
"Miss Türkiye-2024" müsabiqəsinin qalibi İdil Bilgen karyerasına onkoloq kimi davam edəcək.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "Hürriyet" xəbər yayıb.
Bildirilir ki, Koç Universitetinin Tibb fakültəsini bitirən 24 yaşlı Türkiyə gözəli Bingöl vilayətinin Yayladere rayonundakı İctimai Sağlamlıq Mərkəzində işləyəcək.
Məlumata görə, həkimlik İdil Bilgenin uşaqlıq arzusu olub.
Qeyd edək ki, Türkiyə gözəli bundan əvvəl müsahibələrində həyatına həkim kimi davam etmək istədiyini və onkologiya sahəsində ixtisaslaşacağını qeyd edib. O, gözəllik müsabiqəsinə də bir həkim olaraq qatıldığını vurğulayıb.
Ən çox oxunanlar
Rəylər