Sizə Azərbaycanın ilk travesti aktyoru Lady Slim və şoumen Ruslan M-in Yeni il ərəfəsində yerli məkanların birində möhtəşəm şou-proqram ilə çıxış edəcəkləri barədə məlumat vermişdik.
Oxu.Az AZXEBER.COM-un məlumatına görə bildirir ki, Ruslan M və Lady Slimin birgə möhtəşəm şou gecəsində dünya şou biznesinin ulduzları parodiya olunub.
Şoumen Ruslan M, Lady Slim, parodiyaçi Kuki, oriyental Alabina o, cümlədən şəhərimizin bir neçə dj-i bütün gecəni möhtəşəm çıxışları ilə hərkəsi valeh ediblər.
Yarışlar, hədiyyələr və unudulmaz bir çox şeylərlə dolu olan gündə ən yadda qalan Rusiyanın mərhum müğənnisi Ludmila Qurcinka parodiyası olub.
Onu da deyək ki, şou-proqramda Ludmila Qurcinkadan başqa Alla Puqaçova, Madonna, Ledy Qaqa kimi bir sıra məşhurlar parodiya edilib.