Xəbər verdiyimiz kimi Türkan Şorayın 30 ildən sonra rejissorluq etdiyi “Uzaklarda Arama” filmində qızı Yağmur Ünal da rol alıb.


Oxu.Az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, eyni zamanda filmin prodüserliyini boynuna götürən Yağmur Ünal ərəb kanalı “MBC4”də yayımlanan “Turki Ekstra”ya verdiyi müsahibəsində ən çox çətinlik çəkdiyi səhnə barəsində danışıb:


“Dərə səhnəsində çox çətinlik çəkdim. Hava çox soyuq idi. Üşüyürdüm, içim titrəyirdi, amma dözmək məcburiyyətində idim. Beləcə ağır qrip keçirdim, bir həftə xəstə yatdım. Anamı qorxutmuşdum”.


Aytən Sadıqzadə
www.oxu.az